15 ay ərzində kontaktsız patrul xidməti nəticəsində yazılan cərimələrdən büdcəyə 1 378 265,7 lari daxil olub

15 ay ərzində kontaktsız patrul xidməti nəticəsində yazılan cərimələrlə dövlət büdcəsinə 1 378 265,7 lari daxil olub.

DİN-dən "Interpressnews"a verilən məlumata görə, büdcəyə ən az məbləğ 2018-ci ilin aprelində daxil olub və 8 411 lari təşkil edib.

Ancaq növbəti ayda büdcəyə ödənilən məbləğ radikal şəkildə artıb və artıq may ayında qayda pozuntuları nəticısində ödənilən məbləğ 38 246 lari təşkil edib. Qeyd edilməlidir ki, ən yüksək göstərici 2019-cu ilin iyununda qeydə alınıb. Konkret olaraq qeyd olunan dövrdə cərimələr nəticəsində büdcəyə ödənən məbləğ 172 947,5 lari təşkil edib.

Qayda pozuntularının növlərinə gəldikdə isə statistikaya əsasən ən çox hallarda dayanma/saxlama qaydalarının pozulması qeydə alınıb. Bunun üçün inzibati cərimə 10 lari təşkil edir. Konkret olaraq 15 ay ərzində qeyd olunan qanun pozuntusuna görə 92 965 cərimə yazılıb.

10 mindən artıq halda İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsinin 6-cı hissəsi ilə nəzərdə tutulmuş qayda pozuntusuna görə protokol tərtib olunub. Bundan əlavə 15 ay ərzində bütöv xətti kəsdiyi üçün 3 262 şəxs cərimələnib.

Mənbə: İnterPressNews

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər