Marneuli meriyası və Bələdiyyə Məclisi müvəqqəti işlər üçün əməkdaş axtarır
“Meriya və Bələdiyyə Məclisi yardım, müvəqqəti xarakter daşıyan işlər üçün 2 nəfər azərbaycan və gürcü dillərini yaxşı bilən şəxs tələb edir”, – bu bəyanatı bu gün, 6 sentyabrda Bələdiyyə Məclisinin iclasında Roman Tabatadze verib. Deputat deyib ki, belə şəxslərin tələb olunmasına son dövrdə fəallaşan əhali səbəb olub.

“Əhalinin meriyaya qarşı tələbləri artır və Bələdiyyə Məclisində əhalinin müəyyən hissəsi gürcü dilini bilmir və onlarla başa düşdükləri dildə ünsiyyət qura bilmirik, buna görə də iki əməkdaş qəbul etmək istəyirik. İşlər müvəqqəti ola bilər, konkret tapşırıq verə bilərik. Məsələn, gələn vətəndaş dövlət dilini bilmir və ərizə yazmağa kömək etsin”, – Roman Tabatadze deyir.

Bələdiyyə Məclisinin bugünkü iclasında cəmi 9 məsələ müzakirə olunub. Deputatlar məsələlərin hamısını yekdilliklə qəbul ediblər.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər