Övladına qarşı zorakılıqda ittiham olunan şəxsə 10 il həbs cəzası verilib
Tbilisi Şəhər Məhkəməsi övladına qarşı zorakılıqda və işgəncə verməkdə ittiham olunan şəxsi təqsirli bilib və 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.

Prokurorluğun məlumatına görə, məhkəməyə təqdim olunan dəlillərlə təsdiqlənib ki, müttəhim 2019-cu ilin 11 mayında, axşam saatlarında həddi-büluğa çatmamış şəxsə qarşı zorakılıq törədib və əl və ayaq nahiyələrinə çubuqla vurub.

“2019-cu ilin 12 mayında müqavimət göstərmək və xahiş etməsinə baxmayaraq həddi-büluğa çatmamış övladını üzüm talvarının altında yerləşən xərəyə mindirib, ayaqlarını metal zəncirlə bağlayıb və talvara bərkidib. Müttəhim övladına qarşı belə hərəkətləri sosial xidmət əməkdaşları təsadüfən hadisə yerinə gedib çıxana qədər dövri olaraq 2019-cu ilin 12 və 13 mayında həyata keçirib”, – Prokurorluğun bəyanatında deyilir.

Hüquq mühafizəçiləri onu 2019-cu ilin 12 mayında Tbilisidə həbs ediblər. O, Gürcüstan Cinayət Məcəlləsinin 1261-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (ailənin bir üzvünün digər üzvünə, həddi-büluğa çatmamış şəxsə qarşı fiziki ağrıya səbəb olan zorakılığı) 111,144-cü maddəsinin 2-ci hissəsinin “z” bəndi (ailənin bir üzvünün həddi-büluğa çatmamış şəxs olduğunu əvvəlcədən bilərək digər üzvünə işgəncə verməsi, şəxs üçün psixi və mənəvi əzaba səbəb olan mühitin yaradılması) ittiham olunub və ona həbs cəzası verilib.

Tbilisi Şəhər Məhkəməsi müttəhimi təqsirli bilib və 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Mənbə: On
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər