Gürcüstanın keçmiş maliyyə naziri Nodar Xaduri
49 yaşında vəfat edib.
Məlumata görə, Nodar Xadurinin ölümünə infarkt
səbəb olub.
Nodar Xaduri 2012-ci ilin oktyabrından 2016-cı ilin noyabrınadək
Gürcüstanın maliyyə naziri vəzifəsini tutub. 1 dekabr 2016-cı ildən
isə Gürcüstan Rəqabət Agentliyinin sədri vəzifəsini icra edib.