"Bəli, mən ölkəmin əsas düşməninə söydüm və bunun üçün peşman deyiləm" - Qiorqi Qabuniya
“Mənim canlı
yayımda verliş aparmağımdan iki ay keçib və bütün bu vaxt ərzində
adamların mənə verdiyi sual belə idi – Putini niyə belə layiqsiz
sözlərlə söymüşəm?
Mən
xüsusi heç nə eləməmişəm, bunu Gürcüstanda hamı edir: evdə, küçədə,
işdə - hamı öz məkanında.
Mənim sahəm budur. Ona görə də ölkəmin əsas düşmanını studiyadan
söydüm. Pıçıltı ilə, gizlənərək deyil, hamının eşidə biləcəyi
şəkildə, onun öz dilində söydüm və siz gördünüz ki, o, bunu eşitdi”
– Qiorqi Qabunia “Mtavari arxi”də özünün “Post Faktium” adlanan ilk
verlişinə belə başlayıb.
Ona qədər jurnalist Rustavi 2 teleşirkətinin “Post Skriptum”
verlişini aparırdı. Məhz həmin verlişin canlı yayımında Qabuniya
Rusiya prezidenti Vladimer Putinə söyüb. O, bugünkü verlişdə öz
qərarı haqqında geniş danışıb və şərh verib:
“Çox təəssüf ki, Gürcüstanda öz müstəqilliyini, azdlığını və
ləyaqətini qul sükutuna dəyişəcək adamlar var və onlar səslərini
çıxarmadan Rusiyanın torpağımızı necə zəbt etməsinə, onların
bacı-qardaşlarının necə qaçırılmasına, onlara işgəncə verilməsinə,
öldürülməsinə baxırlar”.
Qiorqi Qabuniya öz çıxışında eləcə də “sükutla düşmanımızın daxil
olduğunu başa düşən və onları özləri dəvət edən” hakimiyyət
nümayəndələrini tənqid edib.
“Bəli, ölkəmizin əsas düşmanına mən söymüşəm və bunun üçün peşman
da deyiləm. Özümü güclə tuturam ki, bunu təkrar etməyim. Çünki
bizim hakimiyyət kimi qul olmaq istəmirəm, qorxmaq istəmirəm, çünki
Rusiyaya əsrlər boyunca ölkəmizi məhv etməsini və bu gün də bunu
davam etdirməsini bağışlamıram və bunda ona mənim hakimiyyətim
kömək edir. Söydüm çünki, işğalçını başımın üzərinə qoyacaqları və
buna etiraz etdiyim zaman gözümü çıxaracaqları ölkədə yaşamaq
istəmirəm.
Çünki dostumu qaçıracaqları və sonra ölmüş şəkildə qaytaracaqları
ölkədə yaşamaq istəmirəm. Ölkəmi öz vətəndaşının sözünü qorumaq
bacarığı olmayan adamların idarə etməsini istəmirəm. Mən nə etsəm
də, nə qədər pis davransam da mən yenə də Gürcüstan vətəndaşıyam və
Kadirov məni birbaşa öldürməklə hədələdi. Mənim qorxaq hakimiyyətim
öz vətəndaşını qorumaq üçün bir kəlmə də söyləmədi. Ümumiyyətlə,
məni Rusiyaya versələr heç ona da təccüblənməzdim”- Qabuniya
deyir.
Giorgi Qabuniya 7 iyulda öz verlişini Rusiya Prezidenti Vladimer
Putinə söyməklə başlayıb. Tele aparıcı öz müraciətində eləcə də
Rusiya prezidentinin dünyasını dəyişmiş valideynlərinə də söyüb.Bu
epizod ciddi, mənfi rəylərə səbəb oldu. Qabuniyanın bu addımını
səhəri gün Xarici İşlər Nazirliyi xüsusi bəyanatla qınadı.
Yekunda R2-nin özünü idarə orqanının qərarı ilə Giorgi Qabuiyanın
iki aylıq səlahiyyəti dayandırıldı. Bu məhdudiyyət onun hazırladığı
və ya apardığı bütün verlişlərə təsir göstərdi. O, hələ işə
qayıtmamışdı ki, Strasburq Məhkəməsi R2-nin işi ilə bağlı qərar
bildirdi və bunun nəticəsində kanalın menecmenti dəyişdi. 20
avqustda məlum oldu ki, yeni menecment Qabuniyanın digər
jurnalistlərlə birgə işdən azad edilməsini planlaşdırır.