"Bəli, mən ölkəmin əsas düşməninə söydüm və bunun üçün peşman deyiləm" - Qiorqi Qabuniya
“Mənim canlı yayımda verliş aparmağımdan iki ay keçib və bütün bu vaxt ərzində adamların mənə verdiyi sual belə idi – Putini niyə belə layiqsiz sözlərlə söymüşəm? Mən xüsusi heç nə eləməmişəm, bunu Gürcüstanda hamı edir: evdə, küçədə, işdə - hamı öz məkanında.

Mənim sahəm budur. Ona görə də ölkəmin əsas düşmanını studiyadan söydüm. Pıçıltı ilə, gizlənərək deyil, hamının eşidə biləcəyi şəkildə, onun öz dilində söydüm və siz gördünüz ki, o, bunu eşitdi” – Qiorqi Qabunia “Mtavari arxi”də özünün “Post Faktium” adlanan ilk verlişinə belə başlayıb.

Ona qədər jurnalist Rustavi 2 teleşirkətinin “Post Skriptum” verlişini aparırdı. Məhz həmin verlişin canlı yayımında Qabuniya Rusiya prezidenti Vladimer Putinə söyüb. O, bugünkü verlişdə öz qərarı haqqında geniş danışıb və şərh verib:

“Çox təəssüf ki, Gürcüstanda öz müstəqilliyini, azdlığını və ləyaqətini qul sükutuna dəyişəcək adamlar var və onlar səslərini çıxarmadan Rusiyanın torpağımızı necə zəbt etməsinə, onların bacı-qardaşlarının necə qaçırılmasına, onlara işgəncə verilməsinə, öldürülməsinə baxırlar”.

Qiorqi Qabuniya öz çıxışında eləcə də “sükutla düşmanımızın daxil olduğunu başa düşən və onları özləri dəvət edən” hakimiyyət nümayəndələrini tənqid edib.

“Bəli, ölkəmizin əsas düşmanına mən söymüşəm və bunun üçün peşman da deyiləm. Özümü güclə tuturam ki, bunu təkrar etməyim. Çünki bizim hakimiyyət kimi qul olmaq istəmirəm, qorxmaq istəmirəm, çünki Rusiyaya əsrlər boyunca ölkəmizi məhv etməsini və bu gün də bunu davam etdirməsini bağışlamıram və bunda ona mənim hakimiyyətim kömək edir. Söydüm çünki, işğalçını başımın üzərinə qoyacaqları və buna etiraz etdiyim zaman gözümü çıxaracaqları ölkədə yaşamaq istəmirəm.

Çünki dostumu qaçıracaqları və sonra ölmüş şəkildə qaytaracaqları ölkədə yaşamaq istəmirəm. Ölkəmi öz vətəndaşının sözünü qorumaq bacarığı olmayan adamların idarə etməsini istəmirəm. Mən nə etsəm də, nə qədər pis davransam da mən yenə də Gürcüstan vətəndaşıyam və Kadirov məni birbaşa öldürməklə hədələdi. Mənim qorxaq hakimiyyətim öz vətəndaşını qorumaq üçün bir kəlmə də söyləmədi. Ümumiyyətlə, məni Rusiyaya versələr heç ona da təccüblənməzdim”- Qabuniya deyir.

Giorgi Qabuniya 7 iyulda öz verlişini Rusiya Prezidenti Vladimer Putinə söyməklə başlayıb. Tele aparıcı öz müraciətində eləcə də Rusiya prezidentinin dünyasını dəyişmiş valideynlərinə də söyüb.Bu epizod ciddi, mənfi rəylərə səbəb oldu. Qabuniyanın bu addımını səhəri gün Xarici İşlər Nazirliyi xüsusi bəyanatla qınadı.

Yekunda R2-nin özünü idarə orqanının qərarı ilə Giorgi Qabuiyanın iki aylıq səlahiyyəti dayandırıldı. Bu məhdudiyyət onun hazırladığı və ya apardığı bütün verlişlərə təsir göstərdi. O, hələ işə qayıtmamışdı ki, Strasburq Məhkəməsi R2-nin işi ilə bağlı qərar bildirdi və bunun nəticəsində kanalın menecmenti dəyişdi. 20 avqustda məlum oldu ki, yeni menecment Qabuniyanın digər jurnalistlərlə birgə işdən azad edilməsini planlaşdırır.

Mənbə: Netgazeti
Print