Cavcavadze prospektində tikinti zamanı torpaq çöküb və torpağın altında qalan fəhlə dünyasını dəyişib
Cavcavadze prospektində İlia Universitetinin həyətində aparılan tikinri işləri zamanı torpaq çöküb və torpağın altında qalan fəhlə isə dünyasını dəyişib. Bu haqda məlumatı Fövqəladə Halların İdarəsi Agentliyindən veriblər.

Agentliyin məlumatına görə hadisə Cavcavadze 32 ünvanında, İlia Dövlət Universitetinin həyətində baş verib. Çağırılan xilasedicilər gedərkən fəhlə artıq dünyasını dəyişibmiş.

DİN-nin məlumatına görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 204-cü maddəsi ilə aparılır. Həmin maddə dağ, tikinti və ya başqa işlər həyata keçirilən zaman təhlükəsizlik qaydalarına riayət olunmamasını nəzərdə tutur.

Fəhlənin ölümü haqqında məlumat əvvəl sosial şəbəkədə yayımlanıb.

Netgazeti eləcə də Cavcavadze prospektindəki yolun təmir-bərpa işlərinə rəhbərlik edən Tbilisi Meriyası ilə əlaqə saxladı. Meriyadan bildiriblər ki, dünyasını dəyişən fəhlə özəl sifariş yeirnə yetirirmiş və onun prospektin avtomobil yolunun bərpası layihəsi ilə əlaqəsi yoxdur.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər