Marneuli uşaq bağçalarında tədris prosesi başlayıb
Bu gün, 16 sentyabr tarixində Marneuli bələdiyyəsinin uşaq bağçalarında tədris prosesi başlayıb. Sereteli kənd bağçasına Marneuli meri Zaur Darğallı gedib və yetirmələrlə görüşüb, onlara uğurlar arzulayıb. Mer otaqdakı işıqlandırmaya qeyd bildirib və deyib ki, dəyişdirilsə yaxşıdır.

Bələdiyyədə hazırda 14 bağça fəaliyyət göstərir, ancaq Marneuli miqyasında uşaqların tam məktəbəqədər tədrisi təmin olunmur. Məsələn, bu il yerlərin yetərli olmamasına görə 200 uşaq rezerv siyahısındadır.

14 uşaq bağçası və məktəbəqədər tədris mərkəzləri 100-ə qədər uşaq qəbul edib.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər