Zurabişvili qətldə ittiham olunmuş daha bir məhbusu əfv edib - Mtavari Arxi
“Mtavari arxi”nin məlumatına görə, Gürcüstan prezidenti qətldə ittiham olunan daha bir məhbusu – Zurab Nadiradzeni əfv edib.

Teleşirkətin məlumatına görə, Zurab Nadiradzenin əfv edilməsini onun övladı telefon söhbətində təsdiq edib.

Azadlıq radiosunun məlumatına görə, Zurab Nadiradze Çexiyada həbs olunub və 2017-ci ildə Gürcüstana verilib.

Məsələ 1994-cü ildə Tbilisidə baş vermiş hadisə ilə bağlıdır. Ad günündə baş vermiş mübahisə zamanı odlu silahla dörd nəfər yaralanıb. Onlardan biri Qiorqi Koiava xəstəxanada dünyasını dəyişib. Zurab Nadiradze təsdiq edir ki, qətli o, törətməyib və siyasi motivlərlə, Prezident Zviad Qamsaxurdiyanın administrasiya məmuru kimi onu təqib ediblər.

Przident Administrasiyasından bu məlumatla bağlı müsahibə vermirlər.

Salome Zurabişvili eləcə də Davit Otxmezurinin qətlində ittiham olunan Aslan Bejanidzeni də əfv edib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər