Gürcüstanın tibb sahəsi ən çox etnik azlıqlar arasında etimad qazanıb - NDİ-ın araşdırması daha nələri göstərir
Milli Demokratik
İnstitut (NDİ) və CRRC-Gürcüstan tərəfindən 17 sentyabrda
yayımlanan araşdırmaya əsasən azlıqların yaşadığı
məntəqələrdə sorğuda iştirak edənlərin 28% hesab edir ki,
valideynlərinin nəsili ilə müqayisədə eyni cür həyat
yaşayır,
38% hesab edir ki, hətta ondan da
pis yaşayır. Milli göstəricilərlə araşdırmaya əsasən isə əhalinin
yalnız 14% validyenlərinin nəsili ilə eyni cür, 52% daha pis
yaşayır.
Azlıqların məntəqələrində təsərrüfatlarda ən az məbləği 18%
ipotekaya, kreditə xərcləyir. Ən çox məbləği isə 74% qidaya sərf
edir, bu faiz milli göstəricilərdən 2% geri qalır.
Ehtiyat – hansı valyutada?
Araşdırmaya əsasən azlıqların məntəqəsində sorğuda iştirak
edənlərin 66% dövlət valyutası, lari ilə ehtiyat toplayır, bu isə
milli sorğunun göstəricisindən 22% artıqdır.
Bank şərtləri
Araşdırmaya əsasən azlıqların məntəqəsində ən çox 39% inanır ki,
kommersiya bankları onlara krediti yaxşı şərtlərlə təklif edəcək.
Araşdırmanın milli göstəriciləri ilə 72% buna inanmır.
Azlıqların məntəqəsində ən çox 78% özünü işlə təmin edilmiş hesab
edir, milli göstərici ilə 61% özünü işlə təmin edilmiş hesab
etmir.
Sorğuda iştirak edənlərin 58% səhiyyənin keyfiyyəti ilə müəyyən
qədər razıdır
Azlıqların məntəqəsində sorğuda iştirak edənlərin 66% hesab edi ki,
səhiyyə sistemində ən böyük problem qiymətlərin bahalaşmasıdır.
Azlıqların məntəqəsində 9% ən kiçik problem olaraq səhiyyə
sistemində kadr problemidir.
Həkimin maddi gəlir əldə etmək üçün lazımsız dərman yazdığını hiss
edibsinizmi sualına azlıqların məntəqəsində sorğuda iştirak
edənlərin 82%-in dediyinə görə onlar belə hallara az rast olublar.
Azlıqların 11% suala müsbət cavab verib.
Sağlamlıqla bağlı harada əməliyyat etdirməyə üstünlük verirlər
sualına azlıqların məntqəsində sorğuda iştirak edənlərin 82% hesab
edir ki, Gürcüstanda əməliyyat etditmək daha yaxşıdır. Bu göstərici
başqa məntəqə və ümumi milli göstəricilərdən artıqdır. Sorğunun
milli göstəricilərində yalnız 41% hesab edir ki, Gürcüstanda
əməliyyat etdirərdi.
Gender kvotasını, kvota sisteminin Parlamentə daxil edilməsini
dəstəkləyirlərmi sualına azlıqların yaşadığı məntəqədə sorğuda
iştirak edənlərin 36% sualın cavabını bilmir, bu isə sorğuda
iştirak edənlərin ümumi göstəricisində ən yüksəkdir.
Araşdırma bütün Gürcüstan miqyasında (işğal olunan ərazilər istisna
olmaqla) 13-29 iyul tarixlərində aparılıb. Sorğuda 2,131 respondent
iştirak edib.