Gürcüstanın tibb sahəsi ən çox etnik azlıqlar arasında etimad qazanıb - NDİ-ın araşdırması daha nələri göstərir
Milli Demokratik İnstitut (NDİ) və CRRC-Gürcüstan tərəfindən 17 sentyabrda yayımlanan araşdırmaya əsasən azlıqların yaşadığı məntəqələrdə sorğuda iştirak edənlərin 28% hesab edir ki, valideynlərinin nəsili ilə müqayisədə eyni cür həyat yaşayır, 38% hesab edir ki, hətta ondan da pis yaşayır. Milli göstəricilərlə araşdırmaya əsasən isə əhalinin yalnız 14% validyenlərinin nəsili ilə eyni cür, 52% daha pis yaşayır.



Azlıqların məntəqələrində təsərrüfatlarda ən az məbləği 18% ipotekaya, kreditə xərcləyir. Ən çox məbləği isə 74% qidaya sərf edir, bu faiz milli göstəricilərdən 2% geri qalır.



Ehtiyat – hansı valyutada?

Araşdırmaya əsasən azlıqların məntəqəsində sorğuda iştirak edənlərin 66% dövlət valyutası, lari ilə ehtiyat toplayır, bu isə milli sorğunun göstəricisindən 22% artıqdır.




Bank şərtləri

Araşdırmaya əsasən azlıqların məntəqəsində ən çox 39% inanır ki, kommersiya bankları onlara krediti yaxşı şərtlərlə təklif edəcək. Araşdırmanın milli göstəriciləri ilə 72% buna inanmır.



Azlıqların məntəqəsində ən çox 78% özünü işlə təmin edilmiş hesab edir, milli göstərici ilə 61% özünü işlə təmin edilmiş hesab etmir.




Sorğuda iştirak edənlərin 58% səhiyyənin keyfiyyəti ilə müəyyən qədər razıdır

Azlıqların məntəqəsində sorğuda iştirak edənlərin 66% hesab edi ki, səhiyyə sistemində ən böyük problem qiymətlərin bahalaşmasıdır. Azlıqların məntəqəsində 9% ən kiçik problem olaraq səhiyyə sistemində kadr problemidir.



Həkimin maddi gəlir əldə etmək üçün lazımsız dərman yazdığını hiss edibsinizmi sualına azlıqların məntəqəsində sorğuda iştirak edənlərin 82%-in dediyinə görə onlar belə hallara az rast olublar. Azlıqların 11% suala müsbət cavab verib.




Sağlamlıqla bağlı harada əməliyyat etdirməyə üstünlük verirlər sualına azlıqların məntqəsində sorğuda iştirak edənlərin 82% hesab edir ki, Gürcüstanda əməliyyat etditmək daha yaxşıdır. Bu göstərici başqa məntəqə və ümumi milli göstəricilərdən artıqdır. Sorğunun milli göstəricilərində yalnız 41% hesab edir ki, Gürcüstanda əməliyyat etdirərdi.




Gender kvotasını, kvota sisteminin Parlamentə daxil edilməsini dəstəkləyirlərmi sualına azlıqların yaşadığı məntəqədə sorğuda iştirak edənlərin 36% sualın cavabını bilmir, bu isə sorğuda iştirak edənlərin ümumi göstəricisində ən yüksəkdir.



Araşdırma bütün Gürcüstan miqyasında (işğal olunan ərazilər istisna olmaqla) 13-29 iyul tarixlərində aparılıb. Sorğuda 2,131 respondent iştirak edib.
Print