Marneulili şagirdlərin müəyyən hissəsinə cırılmış və yazılmış kitablar paylayıblar
Cırılmış kitablar, qələmlə yazılmış iş dəftərləri, həll edilmiş tapşırıqlar – Marneulinin məktəblərində şagirdlərə verilən kitablar bu vəziyyətdədir. Dərsliklərin bir hissəsi faktiki olaraq yararsızdır.



Valideynlər və şagirdlər müsahibə verməkdən imtina etsələr də, söhbət zamanı bildirdilər ki, məktəblərdə hər il vəziyyət eynidir. Nəsildən nəslə ötürülən kitabları dəyişmək və öz xərcləri ilə yenisini almaq üçün valideynlərin maddi imkanı yoxdur.

"Kitablar köhnədir, hamısı cırılıb, uşaqlar belə necə oxusunlar? Biz nisbətən yaxşı kitablar seçmişik", - valideyin deyir.

"Yeni dərsliklər istəyirik, kitablar çox pis vəziyyətdədir. Ümid edirik yeniləri olacaq", - valideyin deyir.



Problemi pedaqoqlar da görür. Müəllimlərdən biri gizliliyi qorumaq şərti ilə bizimlə söhbət etdi.

“Ümumiyyətlə kitab və dəftərdən söhbət gedirsə, hamı nəzərə almalıdır. Təsəvvür edin ki, yazılanları silməli olacaqsınız, amma yenə də yazılar görünür. Uşaqların oxumaq həvəsi də qalmır”, - müəllim deyir.

Marneulinin məktəblərindən birinin müəllimi qeyd edir ki, özləri də problem qarşısında qalıblar. Hələ ki, müəllim kitabı yoxdur və proqram materialını kitabdan tədris etmək imkanları yoxdur. Yerli Təhsil Resurs Mərkəzi bir neçə günə köməkçi dərsliklər göndərəcək. Resurs Mərkəzinin direktoru vaxtı olmadığına görə “Marneuli” radiosuna müsahibə verə bilmədi.

Təhsil Nazirliyinin Tədris və Elmi İnfrastrukturun İnkişafı Agentliyinin direktorunun birinci müavini Qiorqi Şalutaşvili deyir ki, məktəbin rəhbərliyi kitabların dəyişdirilməsinin qayğısına qalmağa məcburdur. Onlar yararsız kitabları qeydə almalı və götürməlidirlər.



“Əgər sizin gözünüzə cırılmış kitablar dəyibsə, rəhbərlik bunu etməli deyildi, çünki nazirliyin xüsusi sərəncamı var ki, bu da dərsliklərin yararlı olub olmamasını, ikinci il ondan istifadə etmək hüququnu tənzimləyir. Məktəb yararlı olan kitabları saymalıdır, elektron formada bizim məlumatın idarə edilməsi sisteminə verməlidir və şagirdlərin sayına əsasən rəsmi olaraq alınmalı olan dərsliklərin sayını göndərməlidirlər” - Qiorqi Şalutaşvili.

Bizdə elə təəssürat yaranır ki, müsahibə verməkdən çəkinən Marneulinin ictimai məktəbinin direktoru bu tənzimləmə haqqında heç nə bilmir və ümid edir ki, “kitabları gətirəcəklər”.



"Yeni kitablar da aldıq və köhnələr də var idi, uşaqlara payladıq. 100 dənə gürcü dili kitabı aldıq, indi qeydiyyat edəcəyik və paylayacağıq. İbtidai siniflərdə riyaziyyat və təbiətşünaslıq dərsliklər problemdir. Ümid edirik ki, olacaq" - məktəb drektoru deyir.

Təhsil Nazirliyinin nümayəndəsi qeyd etdi ki, dərsliklərin qiyməti bahalaşıb və buna larinin inflyasiyası səbəb olub. Buna baxmayaraq, əgər məktəblər yeni kitab tələb etsələr, nazirlik lazımı sayda kitabla onları təmin edərdi. İndi isə valideynlər və ya özləri bahalaşmış qiymətə dərslikləri almalı olacaqlar, yaxud şagirdlər faktiki olaraq yararsız kitablardan istifadə edəcəklər.



Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər