Tsğaltuboda əvvəlcə övlad, sonra isə ana intihar edib
Tsğaltuboda 18 yaşlı gənc doqquzmərtəbəli binanın damından düşüb və yerindəcə dünyasını dəyişib. Məlumata görə, o, intihar edib. Hadisə Quramişvili küçəsində baş verib. Yerli sakinlər dünyasını dəyişmiş gənci səhər görüblər. Onların dediyinə görə, yıxılma səsi eşidiblər, sonradan isə bayıra çıxanlar yerə yıxılmış gənci görüb və təcili yardım çağırıblar.

Övladının ölümünü eşitdikdən sonra 18 yaşlı oğlanın anası da özünü öldürüb. O, evin damına çıxıb və özünü oradan atıb.

İntiharın səbəbi məlum deyil. Ancaq versiyalardan biri olaraq “Mavi balina” internet oyunu qeyd olunur. 18 yaşlı oğlan Tsğaltubonun bir saylı ictimai məktəbini keçən il bitirib. Məktəb direktoru Pakizo Pançulidzenin məlumatına görə, mərhum yaxşı şagird olub, ancaq sonuncu il özünə qapalı olub və məktəbə nadir hallarda gəlirmiş.

Onun məlumatına görə, ailə üzvləri evdən kağız tapıblar. Kağızda dünyasını dəyişdiyi gün və yer yazılıbmış. Onun sözlərinə görə, bu internet oyunlarının versiyasına bənzəyir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq aparılır. Ekspertiza təyin olunub və istintaq bütün istiqamətlərdə çalışır.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər