Tbilisidə parkinq üçün saxta buraxılış kartlarının hazırlanması-istifadəyə verilməsi faktı ilə bağlı bir nəfər saxlanılıb
Gürcüstanın
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları saxta rəsmi
sənədlərin hazırlanması-istifadəyə verilməsi faktı ilə bağlı bir
nəfəri saxlayıb.
Bu
haqda İPN-ə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətindən
bildiriblər.
“İstintaqla məlum olub ki, müttəhim Tbilisi şəhərində davamlı
olaraq Tbilisi Meriyasının Şəhər Nəqliyyat Xidmətinin adı ilə
verilən saxta avtomobil buraxılış kartıları hazırlayır və
istifadəyə verirmiş. Nəticədə buraxılış kartının sahibləri pulsuz
parkinq etmək hüququ qazanırmış.
İstintaq nəticəsində saxta buraxılış kartları və eləcə də
hazırlanmaq üçün ayrılmış kompüter texnikası
aşkarlanıb” – yayımlanan məlumatda deyilir.
Gürcüstan Cinayət Məcəlləsinin 362-ci maddəsinin birinci hissəsi
ilə istintaq aparılır. Həmin maddə cəza olaraq 3 il müddətinə
azadlıqdan məhrumetməni nəzərdə tutur.