Tbilisidə parkinq üçün saxta buraxılış kartlarının hazırlanması-istifadəyə verilməsi faktı ilə bağlı bir nəfər saxlanılıb
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları saxta rəsmi sənədlərin hazırlanması-istifadəyə verilməsi faktı ilə bağlı bir nəfəri saxlayıb. Bu haqda İPN-ə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildiriblər.

“İstintaqla məlum olub ki, müttəhim Tbilisi şəhərində davamlı olaraq Tbilisi Meriyasının Şəhər Nəqliyyat Xidmətinin adı ilə verilən saxta avtomobil buraxılış kartıları hazırlayır və istifadəyə verirmiş. Nəticədə buraxılış kartının sahibləri pulsuz parkinq etmək hüququ qazanırmış.

İstintaq nəticəsində saxta buraxılış kartları və eləcə də hazırlanmaq üçün ayrılmış kompüter texnikası aşkarlanıb”
– yayımlanan məlumatda deyilir.

Gürcüstan Cinayət Məcəlləsinin 362-ci maddəsinin birinci hissəsi ilə istintaq aparılır. Həmin maddə cəza olaraq 3 il müddətinə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Mənbə: İnterPressNews
Print