Meriya Şaumyanidə körpünün inşası üçün 734 820 lari xərcləyəcək

Meriya Şaumyani kəndində Şulaveri çayı üzərindəki köhnəlmiş körpünün sökülməsi və yeni körpünün inşa edilməsinə 734 820 lari xərcləyəcək.



Marneuli meriyası tərəfindən elan edilmiş tenderdə qeyd olunduğuna görə, Levan Samxarauli adına Məhkəmə Ekspertizası üzrə Milli Büro tərəfindən təsdiq edilib ki, qeyd olunan körpü istismar üçün yararsızdır.

“Yeni, əsaslı körpünün qurulması işlərinin həyata keçirilməsi, avtomobil yolunda körpünün, hərəkət etmək üçün yolun, tənzimləyici və qoruyucu tikililər də daxil olmaqla yeni körpü keçidinin tikilməsini nəzərdə tutur”, – körpünün inşası layihəsində qeyd olunub.

Meriya Marneuli bələdiyyəsinin Şaumyani kəndində köhnəlmiş, Şulaveri çayı üzərindəki köpünün sökülməsi və yeni körpünün salınması işləri üçün tenderi 3 oktyabrda elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 19 oktyabrdan 24 oktyabra qədər müraciət edə bilərlər.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər