Marneulidə odlu silahdan açılan atəş nəticəsində iki nəfər yaralanıb
Bu gün, 10 oktyabr tarixində Marneulinin mərkəzi küçəsində üç əl atəş açılıb. Atəş nəticəsində iki nəfər yaralanıb. “Geo Hospitals”-dan “Marneuli” radiosuna verilən məlumata görə, hər iki şəxs ayaq nahiyəsindən yaralanıb. Yaralılardan bir hələ əməliyyatdadır, digərinin vəziyyəti isə qənaətbəxşdir.

Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 118-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə sağlamlığa qəsdən qismən ağır zərər vurmanı nəzərdə tutur.

Hadisə Rustaveli küçəsində, poçt yaxınlığında yerləşən çayxana ərazisində baş verib. Çayxana əməkdaşının “Marneuli” radiosuna verdiyi məlumata görə, yeddi nəfərədək kişi çayxananın qarşısında otururmuş və naməlum şəxslər onlara atəş açıblar.

Şahidlərin sözlərinə görə, naməlum şəxslər üç dəfə atəş açıblar.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər