2020-ci il seçkisində müstəqil şəkildə iştirak edirik, ən az 10% səs toplayacağıq - Elisaşvili
Tbilisi meri vəzifəsinə keçmiş namizəd Aleko Elisaşvili bildirib ki, onun “Mülki Hərəkatı” bir neçə aya siyasi partiyaya çevriləcək və 2020-ci ilin Parlament seçkilərində səslərin 10%-ni toplamağı planlaşdırır.

“Bir ildən sonra nə necə olacaq bilmirəm, amma araşdırmalar da aparmışıq və başlanğıc şərtlərimiz elə də pis deyil. İndiyə qədər və elə indi də olan hər hansı maneəni problemsiz aşarıq”, – Elisaşvili 10 oktyabrda Nika Qvaramiyanın verlişində, “Mtavari Arxi”də bildirib.

“10 faiz düşündüyümüz minimum səsdir, yaxşı çalışsaq daha çox toplayarıq”, – deyə, əlavə edib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər