Bu gün, 11 oktyabrda Mülki Məşğulluq
Mərkəzində NATO günləri 2019 çərçivəsində seminar baş tutub.
Seminarda məruzəçi NATO-ya üzvlüklə bağlı olan məsələlərdən və
miflərdən söhbət açdı.
Seminarı Müdafiə İnstitutunun İnşaat
məktəbinin direktoru aparırdı və o, qeyd etdi ki, xüsusən təbliğat
yüksək olan və müəyyən qədər təsirə düşə biləcək məkanlarda oxşar
məsələlərlə bağlı məlumat yayımlamaq vacibdir.
“İctimaiyyətin məlumat müharibəsinin qurbanı olmaması
üçün həmin ictimaiyyət oyaq, məlumatlı olmalıdır və mənim fikrimcə
oxşar tipli görüşlər, tədbirlər bu istiqamətdə bizə kömək
edir”, – Tea Nikolaşvili deyir.
Görüş interaktiv xarakter daşıyırdı və Gürcüstan və NATO arasında
olan əməkdaşlıq mexanizmlərinə, perspektivlərə və problemlərə
diqqət yetirildi. NATO və Avropa Birliyi haqqında Məlumat
Mərkəzinin Kvemo Kartli nümayəndəsi Temur Suğaşvilinin “Marneuli”
radiosu ilə söhbəti zamanı dediyinə görə, oxşar görüşlər vacibdir
və buna görə də gələcəkdə belə görüşlərin keçirilməsi yenə
planlaşdırılır.
“Kvemo Kartli çoxmillətli regiondur, Marneulidə
müxtəlif millətlərdən adam yaşayır və müvafiq olaraq NATO kimi
təşkilatlar haqqında məlumat vermək vacibdir. Bu gün, insan
faktorlarına da diqqət yetirildi ki, bu təşkilatın nə dərəcədə
əhəmiyyəti var və hər bir vətəndaşa nə qədər təsir göstərir.
Gələcəkdə bu istiqamətdə, xüsusən də gənclərlə mütləq çalışmağa
davam edəcəyik, çünki onlar bu baxımdan daha düzgün məlumat
yayırlar”, – Temur Suğaşvili deyir.
Seminar NATO və AB haqqında Məlumat Mərkəzinin Kvemo Kartli
bürosunun təşkilatçılığı ilə NATO günləri çərçivəsində keçirildi.
Görüşdə məktəb şagirdləri, mülki fəallar, mətbuat və QHT
nümayəndələri iştirak edirdilər.
NATO günləri Gürcüstanda on ikinci dəfədir ki, keçirilir. NATO
günlərinin məqsədi Gürücstan və Şimali Atlantika Alyansı NATO
arasında olan əməkdaşlıq mexanizmləri, pspektivlər və problemlər
haqqında məlumatlandırmanın daha da artırılmasıdır.
NATO günləri Gürcüstanda Xarici İşlər Nazirliyinin, NATO və AB
haqqında Məlumat Mərkəzinin təşkilatçılığı, NATO-nun Xalq
Diplomatiyası şöbəsinin, Gürcüstanda NATO əlaqələndirici ofisinin
və Polşanın Gürcüstandakı səfirliyinin (NATO-nun əlaqələndirici
səfirliyi) dəstəyi ilə baş tutur.