Marneulidə qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü ilə bağlı görüş keçirildi

Bu gün, 25 noyabr tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü ilə bağlı görüş keçirildi.

“Təhsil Təşəbbüsləri Gürcü Assosiasiyası”-nın təşkilatçılığı ilə “Gələcək nəsil” proqramı çərçivəsində keçirilən görüşdə Marneuli, Bolnisi və Tetritskaro məktəblərinin şagirdləri iştirak edirdilər. Xalq müdafiəçisi aparatının Kvemo Kartli aparatının nümayəndəsi Mariam Qvidiani qadınlara qarşı zorakılıq, ailə zorakılığı və insan istismarı ilə bağlı statistik məlumatlar, belə halların qarşısının alınması barədə söhbət açdı.

“Görüş çox maraqlı keçdi. Erkən yaşda evliliklə bağlı suallar verildi.Bundan başqa uşaqların cinsi zorakılıq anlayışı ilə bağlı sualları oldu. Bunun nə olduğunu və hansı mexanizmlərin mövcud olduğunu izah etdik. Fikrimcə bu görüş çox məhsuldar oldu. Görüşdə üç bələdiyyədən 5 məktəb iştirak edirdi və hesab edirəm ki, yalnız dövlət strukturlarının deyil, eyni zamanda mülki sektorun da bu problemin həllinə çalışması çox mühümdür”,
– Mariam Qvidiani dedi.

Bugünkü görüşdə Tsereteli, Saimerlo, Tamarisi, Bolnisi və Tetritskaro şagirdləri və müəllimlər iştirak edirdilər. Tsereteli ictimai məktəbinin 8-ci sinif şagirdi Lika Barbakadze görüşün mühüm olduğunu deyir.

“Düzdür, tolerantlıq, gender bərabərliyi barədə müəyyən təsəvvürlərim var idi, lakin məsələ ilə burada daha geniş şəkildə tanış oldum. Əsas o idi ki, biz öz hüquqlarımız barədə məlumat aldıq və biz öz hüquqlarımızı bildiyimiz təqdirdə artıq Gürcüstanda bu qədər zorakılıq olmayacaq. Buna görə də təhsil çox mühümdür və əgər təhsillisənsə, özünü qorumağa çətinlik çəkməzsən”, – Lika Barbakadze deyir.

Marneuli 1 saylı ictimai məktəbində də belə görüşün keçirilməsi planlaşdırılır. Xalq müdafiəçisi aparatının məlumatına görə, 2019-cu il cinsi zorakılığa qarşı 16 günlük kampaniyanın əsas mövzusu cinsi zorakılıqdır. Cari il cinsi zorakılıqla mübarizənin qanunla tənzimlənməsi və müvafiq təcrübə baxımından çox mühüm idi.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər