Marneuli meriyası təbii fəlakətdən zərərçəkmiş ailələrin yardım məsələsinə sabah qərar verəcək
“Sabah yekun iclas keçirəcəyik və zərərə əsasən zərərçəkmiş əhaliyə hansı formada yardım edəcəyimizi müəyyən edəcəyik”,– Marneuli merinin müavini Zaur Tabatadze 16 iyul tarixində Marneulidə təbii fəlakətdən zərərçəkmiş ailələrin yardım məsələsinə belə münasibət bildirib.

Tabatdazenin açıqlamasına görə, bələdiyyədə on nəfərlik komissiya yaradılıb və zərərin hesablanması da sonuncu mərhələdədir.

“Zərəri hesablayacaq komissiya təbii fəlakət baş verən günü, səhər yaradıldı. İlkin mərhələdə təmizləmə işləri aparıldı. 14 ailə mehmanxanaya yerləşdirildi. Komissiya zərəri müəyyənləşdirmə üzərində işlədi, sabah bunların hamısını yekunlaşdıracağıq. Ailələr artıq mehmanxanadan qayıdıb çünki evlər təmizlənib”, –Zaur Tabatadze bildirdi və qeyd etdi ki, bələdiyyədə zərərin hesablanması üçün komissiya yaradılıb və komissiya Marneuli meriyası, Bələdiyyə Məclisi nümayəndələrindən ibarətdir.

16 iyul tarixində Marneulidə Vaja Pşavela və Ağmaşenebeli küçələrini su basıb. Təbii fəlakətə Yağlıcadan gələn sel səbəb olub. Sel əhalinin yaşayış evinə dolub. Nəticədə evlərin birinci mərtəbəsi su altında qalıb, həyətyanı təsərrüfatlardakı məhsul məhv olub və əhalinin bir qisminin ev quşları ölüb.

Həmin dövr ərzində zərərçəkmiş əhali yardım tələbi ilə dəfələrlə Marneuli meriyasının qarşısına toplaşıb.



Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər