Braziliyada son 24 saat ərzində koronavirusa daha 67 860 yoluxma
halı təsdiqlənib ki, bu da pandemiyanın başlanğıcından bəri ölkə
üçün ən yüksək gündəlik göstəricidir, - bu haqda məlumat Braziliya
Səhiyyə Nazirliyi tərəfindən açıqlanıb.
Eyni məlumatlara görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı
2 227 514-ə çatıb.
Ölümlərə gəldikdə, virus Braziliyada son 24 saat ərzində daha 1 284
nəfərin ölümünə səbəb olub və bununla da ölənlərin sayı 82 771
nəfərə çatıb.
Məlumat üçün bildirək ki, Braziliya həm yoluxmuşların sayına, həm
də koronavirus ölümlərinin sayına görə dünyada ABŞ-dan sonra ikinci
yeri tutur.