Tbilisidə Daxili İşlər Nazirliyinin qarşısında keçirilən mitinq
zamanı 3 nəfər saxlanılıb.
Qurumdan verilən məlumata görə, saxlanılan şəxslər İnzibati Xətalar
Məcəlləsinin 173-cü maddəsini pozmaqda günahlandırılır. Həmin maddə
hüquq mühafizə orqanı işçilərinə itaətsizliyi nəzərdə tutur.
Etirazçıların bildirdiyinə görə, saxlanılanlar Laşa Tsutskiridze,
Zviad Kuprava və “Dəyiş” hərəkatının fəallarından biridir.
Etiraz aksiyasını “Leyboristlər” partiyasının gənclər qanadının
nümayəndələri təşkil edib və aksiyaya “Dəyiş" hərəkatının fəalları
da qoşulub.
Etirazçıların sözlərinə görə, onlar son vaxtlar baş verən
hadisələrə görə polisin təsirsiz reaksiyasına etiraz bildirirlər.
Fəallar Daxili İşlər Nazirliyinin hasarının yaxınlığında qırmızı
rəngli əlcəklər buraxmaq istəyiblər ki, polis tərəfindən buna icazə
verilməyib. Bundan əlavə, onlara asfaltda etiraz yazılarını da
yazmağa imkan verilməyib.
Etirazçıların sözlərinə görə, sistemin fəaliyyətsizliyi və
cinayətkarın müdafiəsi konkret ziyana səbəb olur. Onların fikrincə,
istintaq orqanlarının işi daha səmərəli, ədalətli olmalıdır və heç
kimə qarşı qərəzli olmamalıdır.