Daxili İşlər Nazirliyinin qarşısında keçirilən aksiyada 3 nəfər saxlanılıb

Tbilisidə Daxili İşlər Nazirliyinin qarşısında keçirilən mitinq zamanı 3 nəfər saxlanılıb.


Qurumdan verilən məlumata görə, saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsini pozmaqda günahlandırılır. Həmin maddə hüquq mühafizə orqanı işçilərinə itaətsizliyi nəzərdə tutur.

Etirazçıların bildirdiyinə görə, saxlanılanlar Laşa Tsutskiridze, Zviad Kuprava və “Dəyiş” hərəkatının fəallarından biridir.

Etiraz aksiyasını “Leyboristlər” partiyasının gənclər qanadının nümayəndələri təşkil edib və aksiyaya “Dəyiş" hərəkatının fəalları da qoşulub.

Etirazçıların sözlərinə görə, onlar son vaxtlar baş verən hadisələrə görə polisin təsirsiz reaksiyasına etiraz bildirirlər. Fəallar Daxili İşlər Nazirliyinin hasarının yaxınlığında qırmızı rəngli əlcəklər buraxmaq istəyiblər ki, polis tərəfindən buna icazə verilməyib. Bundan əlavə, onlara asfaltda etiraz yazılarını da yazmağa imkan verilməyib.

Etirazçıların sözlərinə görə, sistemin fəaliyyətsizliyi və cinayətkarın müdafiəsi konkret ziyana səbəb olur. Onların fikrincə, istintaq orqanlarının işi daha səmərəli, ədalətli olmalıdır və heç kimə qarşı qərəzli olmamalıdır.

Mənbə: Netgazeti

 

Print