"Bu məsələ müzakirə olunmayıb” – Gürcü arzusu Abazova proporsional siyahıya daxil edilməsi ilə bağlı təklif etdiyini inkar edir
“Gürcü Arzusu”-ndan keçmiş mer Temur Abazova proporsional siyahıya daxil edilməsi təklif olunduğunu inkar edirlər. “Gürcü Arzusu”-nun mətbuat xidmətindən Marneuli radiosuna bildirdilər ki, "bu məsələ müzakirə olunmayıb".

22 iyul tarixində Marneulinin keçmiş meri Temur Abazov bir neçə mətbuat vasitəsinə məlumat verib ki, “Gürcü Arzusu”-ndan ona proporsional siyahıya daxil olmağı təklif ediblər və o, təklifi qəbul edib.

“Marneuli” radiosu hələ də Temur Abazovla əlaqə saxlamağa çalışır. Ancaq o bizim zəng və mesajlarımıza cavab vermir.

Marneulidə işləyən müxalifət partiya liderləri “Gürcü Arzusu”-ndan məlumat inkar edilməzdən əvvəl Marneuli radiosu ilə söhbətləri zamanı Abazovun bəyanatını qiymətləndirdilər.

“Avropalı Gürcüstan”-ın Marneuli rayon təşkilatının sədri Əhməd İmamquliyev, "Vahid Milli Hərəkatı"n Marneuli rayon təşkilatının sədri Aqil Mustafayev və "Lelo"nun Marneuli rayon təşkilatının rəhbəri Murad Muradov bildirdi ki, “Gürcü Arzusu”-nun bəyanatı onları təəccübləndirməyib, çünki partiya qanun pozuntularına həvəsləndirməklə fərqlənir.

Abazov Prokurorluq tərəfindən 2018-ci ilin 14 iyun tarixində Marneuli sakini Elçin Allahveridyevə qarşı qeyri insani rəftarda ittiham olunub. 2018-ci ilin 13 dekabrında isə o, 10 000 lari girov qarşılığında azadlığa buraxılıb.

Marneuli merinə qarşı Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə iş qaldırılmışdı. Həmin maddə dövlət məmuru və ona bərabər şəxsin təhqiredici və qeyri insani rəftarını nəzərdə tutur. 6 sentyabr tarixində Marneuli merinin ittihamı ağırlaşmışdı. İstintaqa 25, 157.1 maddəsinin birinci və ikinci hissələri də əlavə olunmuşdu. Həmin maddə şəxsi həyatı təsvir edən materialın əldə edilməsi, təşkili, internet və sosial şəbəkələrdə yayımlanmasını nəzərdə tutur.

Məhkəmə Temur Abazova 12 fevral tarixində bəraət qazandırıb.

Print Email
FaceBook Twitter Google