Marneuli bələdiyyəsində 2019-2020-ci tədris ilində medal
qazanmaq üçün 9 nəfər namizəd var.
Bu barədə Tədris Resurs Mərkəzinin rəhbəri Kənan Ömərov “Marneuli”
radiosuna məlumat verdi. Ömərovun məlumatına görə, onlardan dördü
qızıl, beşi isə gümüş medalçıdır. Onun bildirdiyinə görə, yaxın
gələcəkdə məktəblərdə şəxsi işlərin və jurnalların verilməsinə
başlayacaqlar. Nəticədə medalçıların kimliyi dəqiq bilinəcək.
Qeyd edək ki, ötən il Marneuli miqyasında 15 şagird məktəbi medalla
bitirib.
Marneuli merinin təşəbbüsü ilə onlar üçün 2019-cu ilin 18 iyun
tarixində kitabxana ərazisində mükafatlandırma mərasimi
keçirilib.
Qızıl medala namizəd olan X, XI və XII sinif şagirdlərinin illik
qiymətləri bütün fənlərdən 10, gümüş medala namizədlərin isə 9,9
yaxud 9,8 olmalıdır.