Tamar Baçaliaşvilinin vəkilinin dediyinə görə, tələbə baxmayaraq, hava çəkilişinin qeydləri indiyədək ona verilməyib

Mərhum Tamar Baçaliaşvilinin vəkili Mixeil Ramişvilinin dediyinə görə, hava çəkilişlərinin qeydləri indiyə qədər ona verilməyib.



Mixeil Ramişvilinin “İnterpressNews”a verdiyi müsahibədə dediyinə görə, vəsatətin təmin olunmasının 3 günlük müddəti var və son müddətin bitməsinə baxmayaraq ona heç bir qeyd verilməyib.

"Mənim tələbimə baxmayaraq, hələ də axtarış vaxtının dron çəkilişinin qeydlərini gözləyirəm. Açıqlamalarda da qeyd olundu ki, axtarışlarda dronlardan istifadə olunurdu və lazım olduqda vertolyotun da istifadə ediləcəyi bildirilmişdi. Buna baxmayaraq, vəsatətim təmin olunmadı, mənə heç bir pilotsuz aparatın qeydləri verilmədi. Ərizənin prosedur təminatının 3 günlük müddəti var, lakin təcili ehtiyac da nəzərə alınmalıdır. Bu qeyd işin içindədirsə, prokurorluq və istintaq onu dərhal mənə təhvil verə bilərdi.

Mən yalnız dron aparatının çəkilişlərini deyil, eləcə də videomüşahidə kameralarının və telefon zənglərinin də yazılarını tələb edirəm, görünür ki, hələ bu məlumatları özləri də götürməyiblər. Görüşlərin birində Tamarın atası Cumber Baçaliaşviliyə yüksək vəzifəli bir şəxs 7 və 8 noyabr 2019-cu ildə Tamarın telefonunun söndürüldüyünü söylənişdi, yəni 7 və 8 noyabr zənglərinin çıxarışları varsa, indiki haradadır? Mənə yalnız qətnamələr və vəsatətlər göstərilir. Bu nə deməkdir, nə edirlər? Təkcə ifadələr mənim üçün kifayət deyil",
– deyə vəkil Ramişvili bildirib.

Məlumat üçün bildirək ki, gənc proqramçı Tamar Baçaliaşvili iyulun 18-də itkin düşmüş, son dəfə Tetritskaro rayonundakı müşahidə kameraları tərəfindən görülmüşdü. 23 yaşlı Tamar Baçaliaşvili, 5 günlük axtarışdan sonra Tetritskaro meşəsi yaxınlığında avtomobildə ölü vəziyyətdə tapıldı.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər