Koronavirus pandemiyasına baxmayaraq “One Caucasus” (Vahid Qafqaz) festivalı yenə də keçirildi.
İncəsənət və mədəniyyət sahələri və musiqi – Marneulidə 2020-ci ildə koronavirus pandemiyasına baxmayaraq “One Caucasus” (Vahid Qafqaz) festivalı yenə də keçirildi.

Artıq altıncı ildir ki, Marneulidə Vahid Qafqaz festivalı hər il keçirilir. Dünyanın müxtəlif ölkələrindən Marneulinin Tserakvi kəndinə musiqiçilər və könüllülər gəlir və yerli əhaliyə müxtəlif tədbirlər və musiqili konsertlər təqdim edirlər. 2020-ci ildə “One Caucasus” qismən fərqli formatda baş tutdu. Xarici musiqiçilər və könüllülər sərhədlərin bağlı olmasına görə Tserakviyə gələ bilmədilər. Ancaq Gürcüstan vətəndaşları və yerli əhalinin köməyi ilə festival təşkilatçıları “One Caucasus” şəhərciyini qura bildilər.

“Qlobal pandemiya fonunda aprel və may aylarında bu festivalın keçirilməsi təsəvvür belə edilmirdi. Ancaq mövcud vəziyyətdən irəli gələrək, Gürcüstanda virusla bağlı faciəvi vəziyyət olmadığına görə biz bu layihəni kiçik miqyasda da olsa, həyata keçirmək üçün çalışdıq. Gürcüstanın Xəstəliklərə Nəzarət Xidməti və Gürücstanda pandemiya vəziyyətinə görə məsuliyyət daşıyan müvafiq qurumlarla əməkdaşlıq etdik və bu tədbiri kiçik miqyasda keçirmək hüququ qazandıq”,
– Gürcüstanda “One Caucasus” festivalının direktoru İrakli Mikiani dedi.

Könüllülər və təşkilatçılar festivala hazırlıq üçün bir neçə ay əvvəldən Tserakviyə gəlirdilər. Bu il isə festival şəhərciyinin qurulması üçün bir aydan az vaxt var idi.

“Musiqi qruplarını xaricdən gətirə bilmədik, ancaq yenə də tamaşaçılara maraqlı proqram təqdim etdik. Bizim çox sayda musiqi qrupu ilə əməkdaşlığımı var və onları dəvət etdik. Məsələn, “Qordelia” festivalın birinci günü çox maraqlı şou təqdim etdi və üçüncü günü “La Courbe Flottante” adlı möhtəşəm qrupumuz var idi. Onlar fransız-gürcü-erməni qrupudur və maraqlısı odur ki, Marneuli Mədəniyyət Evinin solisti Şaban Məmmədovu da bu qrupa qoşduq”,
– İrakli Mikiani dedi.


One Caucasus 2020, წერაქვი

Festivalda Marneuli Mədəniyyət Evinin musiqi qrupu və başqa musiqiçilər iştirak etdilər.

Festival dövründə istirahət edənlər üçün maska taxmaq məcburi idi. Gənclər müxtəlif fəalliyyətlər həyata keçirən zaman İctimai Səhiyyə Mərkəzinin tövsiyələrinə əməl edirdilər.

Ketusi Midelaşvili Vahid Qafqazın könüllülərindən biridir. O, bu il festivalda ilk dəfə iştirak edib.

“Çox sevinirəm ki, burada iştirak edirəm və təəssüflənirəm ki, indiyə qədər bu festival haqda bilmirdim. Mən əsasən “vorkşop”-lar komandasında və logistikada idim. Maretidə kiçik uşaqlarla birgə çox sayda “vorkşop”-lar keçirdik. Sonra kiçik film çəkdik və bu gün festivalın son günündə nümayiş etdirdik”, – Ketusi Midelaşvili dedi.

Festivalda bu il maliyyə problemi də yaranıb. Koronavirusun yayılmasına görə Marneuli meriyası ötən illərdə olduğu kimi festivalı maliyyələşdirə bilmədi. Könüllülər və təşkilatçılar musiqiçilər üçün özləri səhnə düzəltdi.

“One Caucasus” 2020-ci Marneulidə, Tserakvi kəndində 27 avqustda başladı və dörd gün ərzində davam etdi. Festivalda iştirak etmək hər kəs üçün sərbəst idi.


Print Email
FaceBook Twitter Google