Koronavirus pandemiyasına baxmayaraq “One Caucasus” (Vahid Qafqaz) festivalı yenə də keçirildi.
14:48 / 01.09.2020
İncəsənət və mədəniyyət sahələri və musiqi – Marneulidə 2020-ci
ildə koronavirus pandemiyasına baxmayaraq “One Caucasus” (Vahid
Qafqaz) festivalı yenə də keçirildi.
Artıq altıncı ildir ki, Marneulidə Vahid Qafqaz festivalı hər il
keçirilir. Dünyanın müxtəlif ölkələrindən Marneulinin Tserakvi
kəndinə musiqiçilər və könüllülər gəlir və yerli əhaliyə müxtəlif
tədbirlər və musiqili konsertlər təqdim edirlər. 2020-ci ildə “One
Caucasus” qismən fərqli formatda baş tutdu. Xarici musiqiçilər və
könüllülər sərhədlərin bağlı olmasına görə Tserakviyə gələ
bilmədilər. Ancaq Gürcüstan vətəndaşları və yerli əhalinin köməyi
ilə festival təşkilatçıları “One Caucasus” şəhərciyini qura
bildilər.
“Qlobal pandemiya fonunda aprel və may aylarında bu festivalın
keçirilməsi təsəvvür belə edilmirdi. Ancaq mövcud vəziyyətdən irəli
gələrək, Gürcüstanda virusla bağlı faciəvi vəziyyət olmadığına görə
biz bu layihəni kiçik miqyasda da olsa, həyata keçirmək üçün
çalışdıq. Gürcüstanın Xəstəliklərə Nəzarət Xidməti və Gürücstanda
pandemiya vəziyyətinə görə məsuliyyət daşıyan müvafiq qurumlarla
əməkdaşlıq etdik və bu tədbiri kiçik miqyasda keçirmək hüququ
qazandıq”, – Gürcüstanda “One Caucasus” festivalının
direktoru İrakli Mikiani dedi.
Könüllülər və təşkilatçılar festivala hazırlıq üçün bir neçə ay
əvvəldən Tserakviyə gəlirdilər. Bu il isə festival şəhərciyinin
qurulması üçün bir aydan az vaxt var idi.
“Musiqi qruplarını xaricdən gətirə bilmədik, ancaq yenə də
tamaşaçılara maraqlı proqram təqdim etdik. Bizim çox sayda musiqi
qrupu ilə əməkdaşlığımı var və onları dəvət etdik. Məsələn,
“Qordelia” festivalın birinci günü çox maraqlı şou təqdim etdi və
üçüncü günü “La Courbe Flottante” adlı möhtəşəm qrupumuz var idi.
Onlar fransız-gürcü-erməni qrupudur və maraqlısı odur ki, Marneuli
Mədəniyyət Evinin solisti Şaban Məmmədovu da bu qrupa
qoşduq”, – İrakli Mikiani dedi.
Festivalda Marneuli Mədəniyyət Evinin musiqi qrupu və başqa
musiqiçilər iştirak etdilər.
Festival dövründə istirahət edənlər üçün maska taxmaq məcburi idi.
Gənclər müxtəlif fəalliyyətlər həyata keçirən zaman İctimai Səhiyyə
Mərkəzinin tövsiyələrinə əməl edirdilər.
Ketusi Midelaşvili Vahid Qafqazın könüllülərindən biridir. O, bu il
festivalda ilk dəfə iştirak edib.
“Çox sevinirəm ki, burada iştirak edirəm və
təəssüflənirəm ki, indiyə qədər bu festival haqda bilmirdim. Mən
əsasən “vorkşop”-lar komandasında və logistikada idim. Maretidə
kiçik uşaqlarla birgə çox sayda “vorkşop”-lar keçirdik. Sonra kiçik
film çəkdik və bu gün festivalın son günündə nümayiş etdirdik”,
– Ketusi Midelaşvili dedi.
Festivalda bu il maliyyə problemi də yaranıb. Koronavirusun
yayılmasına görə Marneuli meriyası ötən illərdə olduğu kimi
festivalı maliyyələşdirə bilmədi. Könüllülər və təşkilatçılar
musiqiçilər üçün özləri səhnə düzəltdi.
“One Caucasus” 2020-ci Marneulidə, Tserakvi kəndində 27 avqustda
başladı və dörd gün ərzində davam etdi. Festivalda iştirak etmək
hər kəs üçün sərbəst idi.