Ekaterine Tikaradze - tövsiyələr pozulduğu halında məktəb bağlanacaq və bütün sanitariya normalarına yenidən baxılacaq
Səhiyyə naziri Ekaterine Tikaradzenin sözlərinə görə, məktəb və uşaq bağçalarına ünvanlanan tövsiyələrin pozulması halında, dövlət təhsil müəssisəsinin bağlanması da daxil olmaqla faktlara dərhal qarşılıq verəcək.

Tikaradze bunu hökumət iclasından sonra bildirib.

"Dəfələrlə, bildirimişəm ki, hər şeydən əvvəl məsuliyyətimizi yüksəltməliyik. Tövsiyələr bizim düzgün əməkdaşlıq etməyimiz və koronavirusla birlikdə yaşamağı öyrənməyimiz üçün kifayət etməsi lazım olduğunu izah etməyə çalışmışam. Əlbətdə ki, bu mərhələ üçün bütün bunlar tövsiyə xarakteri daşıyır, çünki məqsədimiz məktəblərə, müəllimlərə, şagirdlərə və ya valideynlərə cərimə yazmaq deyil, müəyyən qanun pozuntuları olduğu təqdirdə uşaqlarımızın təhlükəsiz bir mühitdə öyrənmələrini təmin etmək üçün dərhal qarşılıq verəcəyik.

Qarşılıq vermək dedikdə isə, bu qarşılıq lazım olacaqsa, əlbəttə ki, məktəbin bağlanacağı, bütün sanitar normaların nəzərdən keçiriləcəyi və tətbiq ediləcəyi deməkdir. Onlara əlavə tövsiyələr veriləcək, əlavə təlimlər keçiriləcək. Yalnız bundan sonra təhsillərini davam etdirə biləcəklər”,
– deyə Ekaterine Tikaradze bildirib.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər