31 oktyabrda seçki administrasiyası seçiciləri maska ilə təmin edəcək
MSK-nın mətbuat katibi Ana Melikidzenin bildirdiyinə görə, seçki administrasiyasının tövsiyəsi karantində olanlara seçim etmək hüququ verilməsidir.

Melikidzenin sözlərinə görə, bu məsələ ilə bağlı qərarın qəbul edilməsinə mütəxəssislər, müşahidəçi təşkilatlar və siyasi partiyalar qoşulacaq.

“Ola bilsin ki, karantin məkanlarında koronavirusa yoluxmuş xəstələr var və xəstəlik əlamətləri qeydə alınmır. Bu halda seçki administrasiyası müəyyən dəyişiklik etməyə çağırır. Ancaq əsas odur ki, hələlik qərar qəbul olunmayıb. Virusa yoluxanların seçkilərdə iştirak etməsi ilə bağlı hər hansı qərar qəbul edən zaman mütəxəssislər, siyasi partiyalar və müşahidəçi təşkilatlar qoşulacaq. Qeyd etmək lazımdır ki, seçki təhlükəsiz şəraitdə keçirilməlidir. Hər bir vətəndaşın seçkidə iştirak etmək hüququ olmalıdır, ancaq eyni zamanda bu prosesə qoşulan adamlar da nəzərə alınmalıdır. Onlar: məntəqə seçki komissiya üzvləri, müşahidəçilər, siyasi partiya nümayədnələri, mətbuatdır. Məsələ elə müzakirə olunmalıdır ki, ümumi konsensus olsun”, – Ana Mikeladze bildirib.

Onun sözlərinə görə, karantin zonalarında seçki məntəqələri açıla bilər və eləcə də səyyar qutu da ola bilər. Mikeladze bildirib ki, bu karantin zonasında olan seçicilərin sayından asılıdır.

Belə ki, MSK-nın mətbuat katibinin sözlərinə görə, maskası olmayan seçicilər seçki məntəqəsinə girə bilməyəcək.

“Seçiciləri seçki administrasiyası maska ilə təmin edəcək. Eləcə də hər bir seçiciyə fərdi qələm verməklə bağlı da işləyirik. Seçki komissiyasının üzvləri müvafiq arakəsmələrlə təmin olunacaqlar. Bundan əlavə maska, birdəfəlik əlcəklər də veriləcək. Davamlı olaraq məntəqələrin, binanın xüsusi dezinfeksiya məhlulu ilə təmizlənməsi həyata keçiriləcək”, – Ana Mikeladze deyib.

Print Email
FaceBook Twitter Google