Oxford Universitetinin yaratdığı koronavirusa qarşı vaksinlə bağlı aparılan kliniki cəhdlər iştirakçının xəstələnməsi səbəbindən dayandırılıb

AstraZeneca- və Oxford Universitetinin yaratdığı koronavirusa qarşı vaksinlə bağlı aparılan yekun kliniki cəhdlər dayandırılıb – bu haqda BBC xəbər verir.



Nəşriyyatın məlumatına görə, kliniki cəhdin dayandırılmasının səbəbi iştirakçılardan birində aşkarlanan mənfi reaksiya olub.

AstraZeneca-nın açıqlamasına görə, bu cəhdlərin adi dayandırılması halıdır və səbəbi “izaholunmaz xəstəlikdir”.

Qeyd edək ki, AstraZeneca və Oxford Universiteti tərəfindən yaradılan vaksini dünyanın ümxtəlif ölkələrində hazırlanan ciddi vaksinlərdən biri kimi müzakirə edirdilər. Vaksin üzərində aparılan faza 1 və faza 2 cəhdləri uöurlu olub.

Faza 3 mərhələsi bir neçə həftədir başlayıb və ona təxminən 30 000 nəfər qoşulub. Cəhdlər Böyük Britaniyada, ABŞ-da, Braziliya və Cənubi Afrikada aparılırdı.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər