Xəstəliklərə Nəzarət Milli Mərkəzinin ehtiyatında 7 sentyabra
olan vəziyyətə görə 198 611 PCR test gətirilib.
Bu haqda “İPN”-ə Səhiyyə Nazirliyindən bildiriblər. Onların
məlumatına görə, 7 sentyabr tarixinə olan məlumata əsasən
ümumilikdə 1 060 000 PCR test alınıb, həmçinin: Nazirliyin
məlumatına görə, Dünya Bankının Covid-19-a sürətli reaksiya
göstərmək layihəsi çərçivəsində layihənin başlaması günündən bu
günə qədər 670 000 PCR test alınıb. Cari müqavilələrlə isə 390 000
test əldə olunub.
Səhiyyə Nazirliyindən bildiriblər ki, 31 yanvar tarixindən bu günə
qədər laboratoriyalarda 421 695 PCR test edilib.
Xatırladaq ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı 26 fevral
tarixində qeydə alınıb. Həmin gündən bu günə qədər isə ölkədə 1773
təsdiqlənmiş yoluxma baş verib. 1325 nəfər sağalıb, 19 nəfər isə
dünyasını dəyişib.