2020-ci ilin Parlament seçkiləri üçün Marneuli və Qardabani hissəsi
13 saylı majoritar dairə olaraq birləşib.
13 saylı majoritar dairədə ümumilikdə 122 seçki məntəqəsi var.
Ondan 90 məntəqə Marneulidə, 32 məntəqə isə Qardabani
bələdiyyəsində yerləşir.
Marneulinin 22 saylı Seçki dairə komissiyasının sədri Ani İluridze
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, indiki mərhələdə
seçki məntəqələrinin komissiya üzvlərinin seçimi aparılır.
“5 sentyabrdan 9 sentyabra qədər biz elektron və fiziki
olaraq seçki administrasiyasında çalışmaq istəyən müsabiqə
iştirakçılarının ərizələrini qəbul etdik. Seçim meyarları yaxşı
peşə və seçki təcrübəsi, seçki administrasiyasında ixtisaslı və
müstəqil çalışmaq təcrübəsi, seçki administrasiyasında çalışan
zaman son iki il ərzində dəfələrlə götürülmüş dissiplin
cavabdehliyi ölçülərinin olmaması və eləcə də seçki
administrasiyasının təhsil proqramlarına qoşulan adamlara üstünlük
veriləcək. Həmin proqramlar “Seçki inkişaf məktəbi”, seçki
administrasiyasının kurslarıdır. Bu il ilk dəfə innovasiya
layihəsini, yay düşərgələrini həyata keçirdik. Çox maraqlı və vacib
layihədir”,– Ani İluridze dedi.
Marneulinin 22 saylı seçki dairə komissiyasının sədrinin sözlərinə
görə, indiki mərhələdə ərizələrin müzakirə olunması prosesi gedir
və yaxın gələcəkdə seçki məntəqə komissiyasının üzvləri toplanacaq.
Hər bir məntəqə altı komissiya üzvündən ibarət olmalıdır.
Marneuli və Qardabaninin 13 saylı majoritar dairəsində fiziki
imkanları məhdudiyyətli şəxslər üçün adaptasiya olunmuş 15 məntəqə
fəaliyyət göstərəcək. Həmin məntəqələrdən ikisi asan adaptasiyalı,
13-ü isə pandusludur.