6 böyük şəhərdə təhsil prosesinin başlaması 1 oktyabr tarixinə qədər təxirə salınıb – Qaxaria

Baş nazir Qiorqi Qaxarianın bəyanatına görə, təhsil prosesi Batumi timsalında 6 böyük şəhərdə 1 oktyabra qədər təxirə salınıb. Qaxaria Səhiyyə naziri, infeksionistlər və Xəstəliklərə Nəzarətin rəhbərliyi ilə birgə brifinq keçirib.



“Qərar qəbul etdik ki, Batumidə olduğu kimi təhsil prosesi 1 oktyabra qədər böyük şəhərlərdə - Tbilisi, Kutaisi, Rustavi, Qori, Zuqdidi və Potidə təxirə salınsın. Bu şəhərlərdə bütün təhsil prosesləri (ali və eləcə də məktəblərdə) 1 oktyabrda başlayacaq” ,
– Qaxaria bildirib.

Baş nazir açıqlama verib ki, qeyd olunan şəhərlərdə təhsil prosesi 15 sentyabrdan distant qaydada keçirilməyə başlayacaq, 1 oktyabrdan isə proses sinif otaqlarında davam edəcək.

Onun sözlərinə görə, baxmayaraq ki, yoluxanların sayı artır, hökumət vəziyyətə tam nəzarət edir və təşvişə düşməyə ehtiyac yoxdur.

Qaxaria qeyd edib ki, səhiyyə sistemi koronavirusun yayılmasını idarə edir, ancaq bu o demək deyil ki, tövsiyələrin yerinə yetirilməsinə nəzarət sərtləşdirilməməlidir.

Baş nazirin sözlərinə görə, yaxın zamanlarda PCR testlər 10 000-ə qədər artacaq. Bu rəqəm bu gün orta hesabla 8000-dir. 3000 çarpayı yaxın zamanda tam hazır olacaq. Onun sözlərinə görə, sürətli aşkarlama və adi rejimə sürətli şəkildə qayıtmaq vacibdir.

Baş nazir bildirib ki, vətəndaşların məsuliyyət daşıması cərimədən daha vacib və böyükdür.

Qapalı məkanda maska taxmaq vacibdir, açıq məkanda taxmaq isə tövsiyə olunur. Qaxarianın sözlərinə görə, açıq məkanda 200 adamdan artıq toplanma məhdudiyyətini nəzərə almalıdırlar.

Baş nazir bildirib ki, şəxsi sağlamlığına nəzarət etmək və eləcə də yaşlı adamlara diqqət göstərmək hər bir vətəndaşın öhdəliyidir.

“Atdığımız hər addım ilk növbədə iqtisadiyyatı bərpa etməyimiz üçündür”- Baş nazir bildirib.
Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər