Dünya Səhiyyə Təşkilatı - dünyada koronavirusa yoluxmanın gündəlik rekord səviyyəsi qeydə alınıb

Dünyada son 24 saat ərzində koronavirusa yeni 307 930 yoluxma halı qeydə alınıb.


Pandemiya başlayan gündən bu ən yüksək gündəlik göstəricidir – bu haqda Dünya Səhiyyə Təşkilatı məlumat yayımlayıb.

Təşkilatın məlumatına görə dünyada ötən gündüz-gecə ərzində Covid-19-dan daha 5 537 nəfər dünyasını dəyişib və ölənlərin sayı ümumilikdə 917 417 nəfər çatıb.

Ən yüksək yoluxma halı 94 372 yeni hal Hindistamda, 45 523 ABŞ-da, 43 718 yoluxma isə Braziliyada qeydə alınıb.

ABŞ-da, eləcə də Hindistanda ötən gündüz-gecə ərzində 1000-dən artıq adam virusdan dünyasını dəyişib, Braziliyada isə 874 fatal hal qeydə alınıb.
Dünya Səhiyyə Təşkilatı yoluxma hallarının gündəlik rekord göstəricisi olaraq 6 sentyabr tarixini qeyd edib. Həmin gün dünyada 306 857 yeni yoluxma baş verib. Ən çox fatal hal isə 17 apreldə təsdiqlənib. Həmin gün 12 430 adam virusdan dünyasını dəyişib.

Mənbə: İnterPressNews

 

Print