Rusiyada koronavirusa yeni 5 529 yoluxma halı qeydə alınıb və 150 nəfər dünyasını dəyişib

Rusiyada son 24 saat ərzində koronavirusa yeni 5 529 yolxuma halı qeydə alınıb və yoluxanların ümumi sayı 1 073 849 nəfərə çatıb – bu haqda koronavirusla mübarizə məqsədi ilə yaradılmış operativ qərargah məlumat verib.



Onların məlumatına görə, Rusiyada koronavirusdan daha 150 nəfər dünyasını dəyişib və ölüm hallarının ümumi sayı 18 785 nəfərə çatıb. Rəsmi statistikaya əsasən Rusiyada Covid-19-dan 884 305 xəstə sağalıb.

Dünyada virusa yoluxanların sayına görə ABŞ, Hindistan və Braziliyadan sonra Rusiya dördüncü yerdədir.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər