Batumi doğum evinə koronavirusa yoluxmuş 12 hamilə qadın yerləşdirilib

Batumi doğum evində koronavirusa yoluxan hamilə qadınların sayı artdı.



Klinika həkimi Nuqzar Papavanın dediyinə görə, müəssisədə biri 38 həftəlik olmaqla, 12 koronavirusa yoluxmuş hamilə qadın müalicə olunur.

Həkimin sözlərinə görə, yoluxmuş hamilə qadınların sağlamlıq vəziyyəti stabildir, şikayətləri yoxdur.

"Dörd hamilə qadın da əlavə oldu və bu mərhələdə ümumi 12 yoluxmuş hamilə qadın var. Onlardan biri 38 həftəlik hamilədir. Xoşbəxtlikdən, hamsının xəstəliyi simptomsuz keçir və sağlamlıq vəziyyətləri qənaətbəxşdir.

Xəstələr üçün hər cür şəraitimiz var. Həkimlərin nəzarəti altındadırlar. Ümumilikdə 30 yoluxmuş xəstəni birdən qəbul edə bilərik,", –
Nuqzar Papava dedi.






 

Print Email
FaceBook Twitter Google