Davit Zalkaliani, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya-demarkasiyası ilə bağlı əldə edilmiş yeni kartoqrafik materialların 2006-2007-ci il razılaşmasını dəyişdirə biləcəyini istisna etmir. Gürcüstan Xarici İşlər Naziri Davit Zalkaliani, Gürcüsta
Gürcüstan Xarici İşlər Naziri Davit Zalkaliani, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya-demarkasiyası ilə bağlı əldə edilmiş yeni kartoqrafik materialların 2006-2007-ci razılaşmasını dəyişdirə biləcəyini istisna etmir. Zalkaliani bunu Azərbaycan Respublikasının Xarici İşlər Naziri ilə keçirdiyi mətbuat konfransında bildirdi. Zalkalianinin sözlərinə görə, materiallar Gürcüstan tərəfindən əldə edilmiş və Azərbaycana da verilmişdir.

“Sərhəd delimitasiyası-demarkasiyası məsələsi üzərində fəal işləyirik. Bildiyiniz kimi, keçən il Davit Qarejidə hadisələr baş vermişdi və biz birgə komissiya çərçivəsində fəal şəkildə işə başlamışdıq. Komissiyanın özü də yenilənmişdi. Pandemiya səbəbindən komissiyanın görüşləri təxirə salınmış, lakin işlər dayandırılmamışdır. Yeni əlavə kartoqrafik materiallar bizim tərəfimizdən hazırlanmışdır və Azərbaycana ötürülmüşdür. Bu materialları təhlil edərək 2006-2007-ci illərdə əldə edilmiş razılaşmaya yenidən baxılmasının zəruriliyini istisna etmirəm. Ümid edirəm irəliləyişimiz olacaq. Komissiya bu məsələni hər iki ölkənin xeyrinə ikitərəfli həll etməlidir. Hər iki tərəfin bu məsələyə konstruktiv yanaşması var",
– deyə Zalkaniani vurğulayıb.

Print Email
FaceBook Twitter Google