Didube rayonunun İcra Başçısı – Eliava bazarında 15-ə qədər Mağaza Yandırılıb – yer sahibinin dediyinə görə, ərazi sığortalanıb
Didube rayonu İcra Başçısı İrma Zavradaşvilinin verdiyi açıqlamaya görə, Eliava bazarının sahibi yanğının baş verdiyi bazarın sığortalandığını deyib. İrma Zavradaşvilinin jurnalistlərə verdiyi məlumata görə, dünən gecə radələrində yanğın təxminən 1000 kvadratmetr əraziyə yayılıb.

"Təxminən 1000 kv.metr, yəni 14-15 dükan yanıb. Əsasən ağac və plastik material olduğundan vəziyyət çox təhlükəli idi. Lakin təhlükə aradan qaldırılıb. Buranın sahibi deyir ki, ərazi sığortalanıb. Yanğının səbəbləri barədə danışmaq hələ tezdir”, – deyə Zavradaşvili vurğulayıb.

Məlumat üçün bildirək ki, dünən gecə radələrində Eliava bazarında yanğın baş verib, taxta anbarı və bir neçə mağaza yanıb.

Print Email
FaceBook Twitter Google