Marneulinin "Geo Hospitals" klinikasının tibb bacısında koronavirus təsdiqlənib
Marneulinin “Geo Hospitals” klinikasının tibb bacısında koronavirus təsdiqlənib. Xəstəxananın kliniki direktoru Tata Şenqelaianın sözlərinə görə, Covid-19-a yoluxmuş əməkdaş artıq müalicə üçün Tbilisiyə aparılıb.

“Onun vəziyyəti stabildir. Biz, bütün əməkdaşlar həftədə bir dəfə testdən keçirik, demək olar ki, hamısı mənfi çıxır. Xəstələrlə bağlı da eynisini deyə bilərəm. Dünən bir nəfərdə müsbət cavab çıxdı. Mənim şübhəm var ki, kənardan gəlib. Özü də həmişə xüsusi geyimlə təchiz edilmiş vəziyyətdə olurdu. Bizimlə yaxın təmasda da olmayıb. Hamı işləyir və eyni məkanda uzun müddət birlikdə də olmayıblar. Deyə bilərəm ki, səliqəli əməkdaşlardan biridir, bütün qaydalara riayət edirdi, niyə belə oldu mən də təəccüblənirəm. Klinikanın daxili təmasları müəyyən edilib. İndiki mərhələdə iki əməkdaş özünütəcriddədir.”

Yoluxan əməkdaş Tsereteli kəndindəndir. Tata Şenqelaianın sözlərinə görə, indiki mərhələdə klinikanın bağlanmaq təhlükəsi yoxdur.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər