Marneuli şəhərinin 3 saylı uşaq bağçasında iki qrup koronavirusa
görə bağlanıb.
Bu barədə məlumatı Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov
təsdiqlədi və qeyd etdi ki, indiki mərhələdə təmasların bir qismi
özünütəcridə keçib.
“Dünən 3 saylı bağçada bir yoluxma qeydə alınmışdı.
Həmin bağçaya bir ailədən iki uşaq gəlir və koronavirsa
yoluxduqları aşkarlanıb. Onlar yalnız cümə günü bağçada olublar və
həmin gün qruplarda kim olubsa, hamısı özünütəcridə keçib. Dörd
əməkdaş da özünütəcriddədir. 12-ci gün PCR test götürüləcək və
sonra qrupun bağlanıb bağlanmamasına qərar
veriləcək.”
Zaur Kərəmov virusa yoluxanların başqa qruplarla əlaqəsinin
olmasını istisna edir və deyir ki, bağçada qrupların bir-biri ilə
təması maksimum dərəcədə məhdudlaşdırılıb.
Koronavirusun təsdiqlənməsinə görə indiki mərhələdə Saimerlo uşaq
bağçası da bağlıdır. 16 oktyabr tarixində uşaq bağçasının dayəsində
virus aşkarlanıb.
Marneulidə fəaliyyət göstərən 10 bağça hələ də işləmir.
Onlar elektrik sobasının quraşdırılmasını gözləyirlər. Meriya
Marneuli bələdiyyəsinin 10 bağçasına elektrik sobasını almaq üçün
24 000 lariyə qədər pul xərcləyib.