Karantin yerinə PCR testi sabahdan qüvvəyə minəcək – Turnava
İqtisadiyyat naziri Natia Turnavanın sözlərinə görə, xaricdə yaşayan Gürcüstan vətəndaşları PCR testindən keçsələr, vətənlərinə qayıtdıqdan sonra artıq məcburi karantin tətbiq olunmayacaq.
Turnava bunu hökumət rəhbərliyindəki brifinqdə söyləyib.

Turnavanın sözlərinə görə, Gürcüstan vətəndaşları PCR laboratoriyasında alınan mənfi test nəticəsinə əsasən ölkəyə girib özünütəcridə keçə biləcəklər. O, hökumətin bir qərar hazırladığını və bu qərarın sabah qüvvəyə minmə ehtimalının böyük olduğunu bildirib.

"Bu ikinci dalğadır və yoluxmuş insanların sayı gündəlik artır. Buna görə bütün risklər tarazlaşdırılmalıdır. Digər tərəfdən, bizim seçimimiz uyğunlaşmadır, işimizi məhdudlaşdırmamaq şərti ilə pandemiya ilə mübarizə etməkdir, bunun üçün də uçuşların və sərhədlərin mərhələli şəkildə açılması vətəndaşlarımız və qonaqlarımızın təhlükəsizliyi üçün ən yaxşı variantdır", – deyə Turanva vurğulayıb.

Turnavanın sözlərinə görə, PCR testindən keçə bilməyən insanlar Gürcüstana gəldikdən sonra məcburi karantindən keçməli olacaqlar.

Qərar Baş nazir Qiorqi Qaxaria tərəfindən 15 oktyabrda elan edilib, lakin qaydanın tətbiq olunmasına noyabr ayından başlamağı düşünülür.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google