Marneulinin "Geo Hospitals" və "Aversi" klinikasının covid klinikaya çevrilməsinə indiki mərhələdə ehtiyac yoxdur
Marneuli bələdiyyəsinin xəstəxanalarında koronavirusa yoluxmuş xəstələri müalicə etmirlər.

Yoluxma aşkarlanan kimi xəstələr başqa klinikalara, yaxud mehmanxanalara yerləşdirilir. Ölkədə Covid-19-a yoluxma halı hər gün artır. “Marneuli” radiosu ehtiyac olan halda bələdiyyədəki tibb müəssisələrinin virusa yoluxmuş xəstələri müalicə etmək imkan və resursunun olub-olmaması ilə maraqlandı.

“Aversi” klinikasının meneceri Manana Kapanadze “Marneuli” radiosuna bildirdi ki, indiki mərhələdə klinika çox profilli rejimdə fəaliyyətinə davam edir.

“İndiki mərhələdə biz diaqnostika həyata keçiririk və sonra virusa yoluxmuşları qəbul edən klinikalara yönləndiririk. Bizim klinika 100 çarpayı üçün nəzərdə tutulub, Səhiyyə Nazirliyi ilə razılıq əsasında, ehtiyac yarandığı halda mütləq qərar qəbul edəcəyik. İndiki mərhələdə çox profilli rejimdə fəaliyyətimizə davam edirik”.

Marneulidəki “Geo Hospitals”-ın kliniki direktoru Tata Şenqelaia da eynisini bildirdi. Klinikanın istilik mərkəzi statusu bir neçə aydır götürülüb.

“Yox, bu məsələ hələ gündəlikdə deyil. Klinikanın müvafiq resursu var. Hər halda covid klinikası olmaq təşəbbüsünü biz irəli sürməmişik və ümid edirəm ki, heç olmayacağıq da.”

Nə yerli özünüidarə nə də İctimai Səhiyyə Mərkəzi “Marneuli” radiosuna Marneulidə koronavirusa yoluxma hallarının sayı barədə dəqiq statistika məlumatı vermir. Ancaq qeyd edək ki, koronavirusun təsdiqlənməsi hallarına görə indiki mərhələdə Marneulidə altı məktəbdə 19 sinif distant təhsil sisteminə keçib.

Covid-19 aşkarlanmasına görə Saimerlo və Marneuli 3 saylı uşaq bağçası da bağlanıb.


Print Email
FaceBook Twitter Google