Kaxa Kaladze, bələdiyyə müfəttişliyinin sədri vəzifəsinə Kaxaber Quledaninin namizədliyini irəli sürüb
Tbilisi Meri Kaxa Kaladze, Bələdiyyə Müfəttişliyinin sədri vəzifəsinə Kaxaber Quledaninin namizədliyini irəli sürüb.

Kaladzenin hökumət iclasında, Kaxaber Quledaninin bu istiqamətdə böyük iş təcrübəsi olduğunu söyləyib.

“Bələdiyyə müfəttişliyinin sədri vəzifəsinə Kaxaber Quledaninin namizədliyini irəli sürmək istərdim. Bir neçə il əvvəl Samqori rayonunun icra başçısı idi, sonra özəl bir sektora keçdi, amma bu gün onu bələdiyyə müfəttişliyi vəzifəsinə namizəd göstərmə fürsətimiz var. Bu istiqamətdə çox təcrübəsi var. Hökümət Administrasiyasında, Ətraf Mühit və Təbii Sərvətlərin Mühafizəsi Nazirliyində, Gürcüstanın Texniki Tənzimləmə və Milli Metrologiya Agentliyində çox məsuliyyətli vəzifələrdə çalışmış, çox yaxşı idarəetmə təcrübəsinə malikdir. Eyni zamanda Regional İnkişaf və İnfrastruktur nazirinin müavini vəzifəsində çalışıb. Əminəm ki, bu məsul vəzifəni ləyaqətlə yerinə yetirəcək və şəhərdə asayişi qorumaq üçün əlindən gələni edəcək”, – deyə Kaladze bildirib.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər