Tkibulidə şaxtaçılar maaşların azaldılmasına etiraz edir və mədəndən çıxmırlar
Tkibulidəki bəzi şaxtaçılar maaşlarının azaldılmasına etiraz əlaməti olaraq mədəndən çıxmırlar.

Şaxtaçılardan biri "Formula"-ya bildirib ki, planı tamamilə yerinə yetirmədiklərinə görə, maaşları tam ödənilməyib.

"Planın yerinə yetirilməməsi səbəbindən şirkət müqavilədən istifadə edərək şaxtaçılara gündəlik 45 laridən çox ödəməməyə qərar verib. Ən vacib şərt – şaxtaçılara planda göstərilən məbləğin ödənilməsidir", – deyə Ruslan Butsxrikidze qeyd edib.

Onun sözlərinə görə, artıq şirkət nümayəndələri ilə görüş keçirilib, ancaq onlar tələblərə əməl etməkdən imtina edirlər. Hal-hazırda şirkətin rəsmi mövqeyi məlum deyil.

Mənbə: formulanews.ge
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər