"Maaşımdan köçürməyə hazıram" - Elisaşvili Meliyanın girov məbləği haqqında
“Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvili, Nika Melia'nın girov məbləğini maaşından köçürməyə hazır olduğunu söyləyib. Elisaşvili bu barədə Melianın toxunulmazlığının qaldırılması məsələsinin müzakirə ediləcəyi parlamentdə danışıb.

Elisaşvilinin sözlərinə görə, "Vətəndaşlar" Meliyanın toxunulmazlığının qaldırılmasını dəstəkləməyəcək.

“Biz bunu dəstəkləmirik, çünki kim olursa olsun müxalifət partiyasının liderinin toxunulmazlığının dayandırılması düzgün deyil.

Nikaya gəldikdə, mənə müraciət etdi və efirdə dedi ki, girov haqqını bir dəfə ödəyəcəyəm, indi məndən yenə ödəməyimi tələb edirlər ancaq girov məbləğini ikinci dəfə ödəmək üçün həqiqətən bu qədər pulum yoxdur. Aydın məsələdir ki, heç kimdə iki dəfə 30 min lari ödəmək üçün pul yoxdur. Hərçənd maaşımı köçürməmişəm amma Nikaya olan insani münasibətimi nəzərə alsaq, öz maaşımdan ödəməyə hazıram. Nə qədər olduğunu bilmirəm, amma insani olaraq buna hazıram,
– deyə Elisaşvili vurğulayıb.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər