İrakli Kobaxidze Daxili İşlər Nazirinin Nika Melianın həbsini təxirə salması qərarını "məntiqli" addım kimi dəyərləndirib
"Daxili İşlər naziri Baş nazirin istefası zəminində Nikanor Melianın həbsini müvəqqəti olaraq təxirə salmaqla tamamilə məntiqli qərar verib", – deyə "Gürcü Arzusu"-nun sədri İrakli Kobaxidze partiyanın ofisində keçirilən brifinqdə bəyan edib.

Eyni zamanda, Kobaxidze Melianı qanuna tabe olmağa çağırıb.

“Nikanor Melianı qanuna tabe olmağa çağırırıq. Əks təqdirdə, hökumət qanunun icrasını və həbs edilməsini təmin edəcək", – deyə Kobaxidze bildirib.
Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google