"Gürcü Arzusu" Baş-nazir vəzifəsinə İrakli Qaribaşvilini təqdim edib
“Gürcü Arzusu-Demokratik Gürcüstan”-ın Siyasi Şura iclasında Baş-nazir vəzifəsinə İrakli Qaribaşvilinin namizədliyini təqdim edilib.
Bu gün, 18 fevral tarxiində Baş-nazir Qiorqi Qaxaria istefa verib. Qaxarianın bildirdiyinə görə, istefasının səbəbi Nika Melia məsələsində komanda ilə razılığa gələ bilməməsidir.

Qaxarianın istefasında sonra “Gürcü Arzusu”-nun sədri İrakli Kobaxidze bildirib ki, 19 feval tarixində siyasi şura toplanacaq və Baş-nazirliyə namizəd elan olunacaq. Ancaq “Gürcü Arzusu” ofisində Siyasi Şura və çoxluğun iclası bu gün təyin olunub.

İ.Qaribaşvili 2019-cu ilin sentyabrından müdafiə naziri olub. O, 2013-cü ilin noyabrından 2015-ci ilin dekabrına qədər baş nazir vəzifəsini tutub.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər