"Gürcü Arzusu" Baş-nazir vəzifəsinə İrakli Qaribaşvilini təqdim edib
“Gürcü Arzusu-Demokratik Gürcüstan”-ın Siyasi Şura iclasında
Baş-nazir vəzifəsinə İrakli Qaribaşvilinin namizədliyini təqdim
edilib.
Bu gün, 18 fevral tarxiində Baş-nazir Qiorqi Qaxaria istefa verib.
Qaxarianın bildirdiyinə görə, istefasının səbəbi Nika Melia
məsələsində komanda ilə razılığa gələ bilməməsidir.
Qaxarianın istefasında sonra “Gürcü Arzusu”-nun sədri İrakli
Kobaxidze bildirib ki, 19 feval tarixində siyasi şura toplanacaq və
Baş-nazirliyə namizəd elan olunacaq. Ancaq “Gürcü Arzusu” ofisində
Siyasi Şura və çoxluğun iclası bu gün təyin olunub.
İ.Qaribaşvili 2019-cu ilin sentyabrından müdafiə naziri olub. O,
2013-cü ilin noyabrından 2015-ci ilin dekabrına qədər baş nazir
vəzifəsini tutub.